Hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova “VMR estetik klinikası”nın heç bir tibbi təhsili olmayan və ölümə səbəb olan keçmiş kosmetoloq Gülsüm Əliyeva barədə yeni məlumat yayıb.
BUTA.TV xəbər verir ki, jurnalist özünü cərrah kimi təqdim edən Gülsüm Əliyevanın videosunu paylaşıb. Videoda G.Əliyeva özü etiraf edir ki, peşəkar olmaq üçün diplom vacibdir.
“Yaxşı, bəs haradadır o diplom? Göstərə bilmədiyi, hər kəsdən gizlətdiyi diplom üçün deyir ki, guya Türkiyənin Diyarbakır vilayətindəki Dicle Universitetindən məzun olub. Mən də nə yedim, nə içdim, birbaşa həmin universitetə rəsmi sorğu göndərdim. Cavab da budur: “Bizdə bu adda tələbə olmayıb!”
İndi deyirəm, bu məsələyə daha da ciddi yanaşım və buna görə YÖK-ə – Türkiyənin Yüksək Öyrətim Qurumuna da rəsmi müraciət etmişəm. Oradan gələn cavabı da səbirsizliklə gözləyirəm və sizinlə paylaşacağam. Rabitə kollecindən də gərək soruşum. Axırda isə bir şeyi deməsəm, ürəyim partlayar Dinsiz dindən danışar, imansız imandan, elmsiz də elmindən!”, - deyə Q.Ataşova qeyd edib.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi