Bu gün İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında çıxış edərək, İran və Azərbaycan xalqları arasında əlaqələrdən, ortaq tarix və mədəni dəyərlərdən danışıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.
Prezident Pezeşkian bildirib ki, yaxın zamanda iki ölkə arasında münasibətlər sürətlə inkişaf edəcək:
“Azərbaycan və İran bir bədənin hissələridir. Sərhədin hər iki tərəfində yaşayan xalqların minilliklərə söykənən, dərin dostluqlara əsaslanan geniş qarşılıqlı maraqları var. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda davam edən münasibətlərin bərpası prosesi nəticəsində tezliklə sürətli və əhəmiyyətli əməkdaşlığa şahidlik edəcəyik”.
İclasda iştirak edən nazirlər də Azərbaycanla əməkdaşlığın son vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün aparılan məsləhətləşmələr barədə məlumat veriblər.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi