“Qadının pul qazanması, iqtisadi olaraq öz problemlərini həll etməsi bir çox kişilər üçün rahatlıq gətirir. Bu, kişiləri korlayır. Bir tərəfədən kişilər üçün rahatlıq gətirsə də, uzunmüddətli pespektivdə onları tənbəlləşdirir”.
BUTA TV xəbər verir ki, bu sözləri iqtisadçı Fərhad Pərvizi “Başqa söhbət" verilişində azad iqtisadi qadın mövzusunda danışarkən deyib.
“Biz “azad seçim”, “azadlıq” deyəndə super varlı ailələrin qızları otururlar kasıb qızlara “azad seçim” barədə ağıl öyrədirlər. O gün statistikaya baxdım. 20-25 yaşlı qızların əksəriyyətinin qazancı ayda 300 manat deyil. Siz həftədə təkcə 300 manat kofeyə xərcləyirsiniz, sonra da deyirsiniz ki, qadın azad omalıdır. Olarmı mən sizi “Tarqovı”dan, Port Baku-dan 30 km Binənin sovxozlarına aparım və siz orada parniklərdə işləyən 20-25 yaşlı qızlara azadlıq barədə danışasız. Onlar parniklərdəki pomidorlarla sizi oradan qovarlar. Problem budur ki, siz hansı ölkədə yaşadığınızı anlamırsınız”, - deyə o əlavə edib.
İqtisadçının fikrincə, azad seçim məsələsi çox təhlükəlidir:
“Çünki siz “azad seçim” deyəndə onlar sabah özlərini “onlyfans”da lüt şəkildə, jurnallarda biabır edə bilərlər. Azad seçim həmişə 2 məsələ ilə tənzimlənməlidir. Birincisi qanunvericilik, ikincisi milli-mənəvi mədəniyyətdir”.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi