Azərbaycanda pensiyalar ildə bir dəfə indeksləşdirilsə də, inflyasiya fonunda yeni artımlar gözlənilir. Bildirilir ki, xüsusilə ərzaq və dərman qiymətlərindəki artımla müqayisədə yeni artımlar tətbiq edilməlidir.
BUTA.TV xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında bununla bağlı yaxın zamanlarda əlavə qərarların olmasının mümkün olmadığını bildirib:
“Çünki büdcənin formalaşması artıq başa çatıb. Ola bilər ki, iyun ayında büdcəyə yenidən baxılsın və müəyyən dəyişikliklər olsun. Amma mövcud indeksləşmə, yəni təqaüdlərin artırılması gözləntilərə cavab vermir. Ümumiyyətlə, Azərbaycanda təqaüdlərin hesablama qaydası, həcmi suallar yaradır. Fikrimcə, qanunvericilikdə dəyişikliklər, islahatların olması qaçılmazdır”.
İqtisadçı bildirib ki, təqaüdlərin hesablanma qaydaları ilə bağlı da iradlar var:
“Uzun müddətdir müzakirələr getsə də, nəticə yoxdur. Bu istiqamətdə əlavə qanunvericilik təşəbbüsləri olmalıdır”.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi