Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda səfərdədir.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, Narışkin aprelin 17-18-də Bakıda keçirilən “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.
Narışkin səfər çərçivəsində həmçinin Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, eləcə də digər kəşfiyyat orqanlarının rəhbərləri ilə görüşüb.
O danışıqlarda xüsusi xidmət orqanları vasitəsilə Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı və etimad xarakteri daşıdığı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının milli maraqlarının qorunmasına yönəldiyini bildirib.
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı
- Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz iddia
- Bakıda küçədə qadın meyiti tapıldı
- Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq
- Prezident onları təltif etdi