Bizim müstəmləkə əsarəti altında olan ərazilərə, orada fəaliyyət göstərən milli və müstəqillik hərəkatlarına dəstəyimiz davam edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, 60-cı illərdə dekolonizasiya prosesinin ilk dalğası başlamışdı.
“Düşünürəm ki, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə və daha sonra Bakı Təşəbbüs Qrupunun uğurlu fəaliyyəti ilə dekolonizasiya prosesinin ikinci mərhələsi başlayıb. Bu, 2020-ci ildən başlayan ikinci dalğadır və düşünürəm ki, ikinci dalğanın da müsbət nəticələri olacaq. Necə ki, 60-cı illərdə Afrikanın əksər əraziləri müstəqil dövlət olmuşdu. Biz Qvadelupa, Yeni Kaledoniya, Fransız Polineziyasını gələcəkdə müstəqil dövlət olaraq görə biləcəyimə inanıram”, - deyə Abbas Abbasov bildirib.
O, əlavə edib ki, bu ərazilərin nümayəndələri Bakı Təşəbbüs Qrupundan əvvəl ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının samitində və konfranslarında iştirak ediblər. Orada onlar artıq Prezident İlham Əliyevin ölkəmizin QH-yə sədrliyi dövründə dekolonizasiya prosesinə göstərdiyi dəstəyin canlı şahidi olublar və daha sonra onların qərarı ilə Bakı Təşəbbüs Qrupu yaradılıb:
“Son 2 ildə artıq 20-dən çox beynəlxalq konfrans keçirmişik, 12-dən çox hesabat dərc etmişik, 3 kitabımız çap olunub”.
- Ombudsmandan Xocalı soyqrımı ilə bağlı bəyanat
- Heydərovun iki müavini vəzifədən azad edildi - Sərəncam
- Bakcell Qarabağ Universitetində tələbələrlə görüş keçirdi
- Sabah intensiv yağış yağacaq
- Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir - Video
- Prezident fərmanı: minimum əmək haqqının məbləği...
- Prezident fərman imzaladı
- Ağdərənin 4 kəndinə daha 63 ailə yola salındı