Türkiyənin Antalya şəhərində 11-13 aprel tarixlərində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusunda keçiriləcək IV Antalya Diplomatiya Forumu öz işinə başlayır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, forumda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edəcək .
Bundan başqa, nümayəndə heyətinin tərkibində Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, XİN rəhbəri Ceyhun Bayramov, müdafiə naziri Zahir Həsənov, Milli Məclisin deputatları Səməd Seyidov, Əhliman Əmraslanov, Əziz Ələkbərli, Nigar Arpadarai, Ramil Həsən də yer alıb.
Forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri, diplomatik nümayəndələr, nazirlər və mütəxəssislər iştirak edəcəklər.
Qeyd edək ki, ənənəvi Antalya Diplomatiya Forumu hər il Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq tədbirdir.
Bu platforma dövlət və hökumət başçıları, xarici işlər nazirləri, diplomatlar, akademiklər və digər yüksək səviyyəli şəxsləri bir araya gətirərək qlobal və regional məsələləri müzakirə etməyə imkan verir.
Forum çərçivəsində qlobal təhlükəsizlik, iqtisadi inkişaf, iqlim dəyişikliyi və digər aktual beynəlxalq məsələlər müzakirə olunur.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi