Suriyada vətəndaş müharibəsi zamanı İran və Rusiya kimi Ermənistan səfirliyi də Dəməşqdə fəaliyyət göstərdiyi halda, Türkiyə və Azərbaycan səfirlikləri Beyruta köçürüldü. Əsəd rejiminin süqutundan sonra vəziyyət dəyişib və Ermənistanın Dəməşqdəki səfirliyi bağlanaraq Beyruta, Türkiyə və Azərbaycan səfirlikləri isə 13 ildən sonra Dəməşqdə yenidən fəaliyyətlərini bərpa edib.
BUTA.TV xəbər verir ki, bu fikirləri antiazərbaycan mövqeyi ilə tanınan iranlı ekspert Vəli Kaleci İran-Avrasiya Araşdırmalar İnstitutunun (İRAS) saytında yazıb.
O, Əsədin süqutundan sonra vəziyyətin dəyişdiyini və Azərbaycanın bölgədə fəallaşmasına diqqət çəkib:
“Azərbaycan Əsəddən sonrakı Suriyada müttəfiqi Türkiyə ilə birlikdə daha mühüm rol oynamaq niyyətindədir. Türkiyənin Suriyanın yeni hökuməti ilə yaxın münasibətləri, Ermənistanın bu ölkədə mövcud olmaması və zəifləməsi Bakı üçün uğurlu fürsət yaradıb. Suriya prezidentinin Türkiyəyə səfərindən sonra Bakıya yola düşməsini gözləmək olar”, - Kaleci iddia edib.
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video
- "Rüzgar"ın anası oğlunun qatilini bağışladı
- Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi
- Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
- TƏBİB: Körpənin peyvənddən sonra ölümü...
- DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar
- İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən azad edildi