Ermənistan Azərbaycana beynəlxalq ekspertləri cəlb etməklə verilmiş mina xəritələrinin düzgünlüyünü yoxlamağa hazırdır.
BUTA.TV xəbər verir ki, bu barədə X-də Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan yazıb.
“Bizim dəfələrlə “daha yaxşı və ya daha dəqiq” xəritələrin olmadığı barədə açıqlamalarımıza baxmayaraq, Azərbaycan bu xəritələrin düzgünlüyünü ardıcıl olaraq şübhə altına alıb. Ermənistan həm əvvəllər, həm də indi beynəlxalq ekspertləri cəlb etməklə bu xəritələrin düzgünlüyünü yoxlamağa hazırdır”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini 25%-ni dəqiqliklə təqdim etdiyini bəyan etmişdi.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN