Təhdidlər İranı danışıqlar masasına oturtmaq və razılaşma əldə etmək cəhdindən başqa bir şey deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski ABŞ-ın İrana təhdidləri fonunda 12 apreldə keçiriləcək görüşü erməni mediasına şərh edərkən deyib.
“Biz bu danışıqların müxtəlif mərhələlərində belə təhdid və təzyiqlərin şahidi ola bilərik. ABŞ da danışıqlardan əvvəl İrana təzyiq rıçağı kimi müəyyən hərbi gedişlər təşkil etdi, lakin hesab edirəm ki, İran lazımi hesablamaları aparıb və danışıqlara hazırdır”, - o bildirib.
Ekspert qeyd edib ki, danışıqlar asan olmayacaq, hər hansı inkişaf mümkündür, çünki ABŞ öz şərtlərini diktə etməyə çalışır, İran isə layiqli danışıqlar istəyir.
Onun sözlərinə görə, danışıqların uğuru Cənubi Qafqaz üçün vacibdir:
“Təbii ki, bəzi məsələlərdə ABŞ-İran konsensusu Ermənistan üçün müsbət olacaq, eskalasiya isə təbii olaraq Ermənistana qarşı mənfi tendensiyaları dərinləşdirəcək”.
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama