Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Məmmədbağır Cavad oğlu Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsilə bağlı sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, Məmmədbağır Cavad oğlu Əliyev 1955-ci ildə Tacikistanın Kurqan-Tübə şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
1979-1991-ci illərdə xəstəxana və onkoloji mərkəzlərdə həkim işləyib. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək, burada mütəxəssis kimi fəaliyyətə başlayıb.
Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülüb.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmmədbağır Cavad oğlu Əliyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
150-dən artıq elmi işin, iki monoqrafiyanın, bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
- “Azərişıq” ASC birinci yerə layiq görüldü
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video