"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, 2014-cü ildən sözügedən xidmətin rəisi olan, "Əməkdar həkim" adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.
Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
- “Azərişıq” ASC birinci yerə layiq görüldü
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video