Tavuşda delimitasiya və demarkasiya prosesinə hazırlıq çoxdan başlayıb və indi də davam edir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Tavuşun Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan deyib.
Onun sözlərinə görə, hazırda erməni qoşunları əvvəlki mövqelərində qalıblar:
“Amma Voskepar-Bağanis yolu boyunca tikanlı məftillər qurulur. Yəni buna əsasən ordumuz hazırda olduqları mövqelərindən 5-6 yüz metr geri çəkilməlidir. Ərazidə anklav adlanan Yuxarı Əskipara kəndi təhvil verilməlidir. Həmçinin aşağı hissədə İcəvan, Sofulu və Bərxudarlı kəndləri də var ki, oralarda hazırlıq prosesi hələ başlamayıb. Hazırlıq yekunlaşdıqdan sonra bölgəni minalardan təmizləməyə başlayacaqlar. Bir sözlə, Azərbaycan Tavuşda istədiyini bir güllə belə atmadan rahatlıqla alacaq. Mən hələ yanvar ayında məlumat almışdım ki, aprelin 15-dən sonra demarkasiya prosesi başlayacaq”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında demarkasiya prosesi 2024-cü ilin aprel ayından başlayıb. Aprelin 23-də Tavuşda ilk sərhəd dirəyi quraşdırılıb. 2025-ci il yanvarın 16-da isə demarkasiya və delimitasiya komissiyaları prosesinin Gürcüstan sərhədindən İrana qədər iki ölkə arasında prosesinin davam etdirilməsi barədə razılığa gəliblər.
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- “Azərişıq” ASC birinci yerə layiq görüldü
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi