Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovla Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov arasında torpaq qalmaqalı davam edir.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytardıqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində baxış iclası keçirilib. İclasda tərəflərin sənədləri araşdırılıb və bundan sonra proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov xəbəri təsdiqləyib. O, bildirib ki, apellyasiya instansiyasının bu dəfə ədalətli qərar qəbul edəcəyinə inanır.
Nazim Əmirov Abel Məhərrəmovun Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirməkdə ittiham edir. Polkovnik-leytenant iddia edir ki, keçmiş rektor ona məxsus torpaq sahəsində özünə dəbdəbəli villa tikib.
Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN