Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbol ulduzu, argentinalı Lionel Messiyə bahalı saat hədiyyə edib.
“BUTA TV” xəbər verir ki, bu barədə A.Əhmədzadə instaqram hesabındakı paylaşımda məlumat verib. Belə ki, onun Leoya hədiyyə verdiyi saat məşhur “Jacob&Co” şirkətinin “Barselona” klubunun 125 illiyi münasibətilə hazırladığı modellərindən biridir. Şirkət bu münasibətlə cəmi 125 saat buraxıb və onların hər birinin üzərində simvolik rəqəmlər əks olunub.
A.Əhmədzadə 10 rəqəmi yazılmış saatı Messiyə hədiyyə edib.
İspaniya mətbuatı saatların minimum qiymətinin 150 min dollar olduğunu yazıb. Lakin bu saatların auksionlarda daha böyük məbləğlərə satıla biləcəyi də qeyd olunub.
Xatırladaq ki, A.Əhmədzadə Lionel Messi ilə dostluq əlaqələrinə malikdir. Onun “Barselona” rəhbərliyi ilə münasibətləri də yüksək səviyyədədir.
Həmin görüntüləri təqdim edirik:
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- “Azərişıq” ASC birinci yerə layiq görüldü
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi