Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına ev sahibliyini təklif etməsi Rusiya tərəfindən müsbət dəyərləndirilər bilər. Amma Ukrayna tərəfi də, ABŞ da bu təklifə razı olmalıdır.
Bu sözləri BUTA.TV-a siyasətçi Natiq Cəfərli Ərdoğanla Putin arasında baş tutan telefon danışığı zamanı Rusiya tərəfinə edilən təklifi şərh edərkən deyib.
“Müharibənin əvvəlində keçirilən İstanbul görüşləri hələlik nəticəyə yönəlik ən uğurlu görüşlərdən olub. Sonradan nəticələrini reallaşdırmaq mümkün olmadı. Amma anlaşmanın özü Ukrayna üçün ən yaxşı anlaşmalardan idi. Ona görə də belə görüşlərin baş tutması mümkündür. Yeri gəlmişkən, ABŞ və Rusiya diplomatlarının bir raund görüşləri də İstanbulda, ABŞ-ın buradakı baş konsulluğunda baş tutmuşdu”, - o əlavə edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN