CHP-nin Əkrəm İmamoğlunu namizəd elan etməsi hakimiyyətə təzyiq məqsədi daşısa da, nəticənin əldə ediləcəyi ehtimalı uzaqdır.
Etirazların mövcud miqyası nəinki hakimiyyəti dəyişdirməyə, ümumiyyətlə iqtidarın geri addım atmasına yetərli görünmür;
ABŞ-ın məsələni “Türkiyənin daxili işi hesab etməsi” xarici təzyiq amilini də böyük ölçüdə effektsiz edir.
Bunun fonunda İmamoğlunun prezident seçkiləri zamanı namizədliyinin rəsmiləşməsi problemli olaraq qalır. Türkiyə qanunvericiliyinə görə, məhkumluğu olan şəxslər namizəd ola bilməz. Hazırda İmamoğluya qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə yekun qərar verməsə də, belə gözlənti var. Paralel olaraq, prezidentliyə namizədlərin diplomunun olması şərtlərdən biridir. İmamoğlunun diplomunun ləğv edilməsi də məhkəmə prosesindədir. Ya hər iki halda – məhkumluq və diplomunun ləğv edilməsi, ya da ikisindən biri olduğu halda namizədlik məsələsi hüquqi baxımdan mümkünsüz görünür.
Kriştianu Ronaldu Lionel Messini qabaqladı - Argentinalı ilk üçlükdən kənarda qaldı
Əksinə, İmamoğlunun partiya tərəfindən yeganə namizəd kimi irəli sürülməsi prezident seçkiləri dövründə həm CHP, həm də müxalif düşərgəni parçalaya biləcək ssenariləri önə çıxarır:
Seçkilər dövründə CHP-də namizəd böhranı yaşana bilər: Özəl-İmamoğlu-Yavaş arasında baş tutan öncəki görüşlərdə problemlərin olduğu haqda məlumatlar vardı;
İmamoğlunun namizədliyini istəyən elektoratla CHP-nin rəsmi qeydə alınmış namizədi arasında ziddiyyətlər yarana bilər;
Mənsur Yavaşın reytinqi daha yüksək qiymətləndirilsə də, Özəlin də iddiaları var, o cümlədən, partiyada hələ də təsirlərini saxlayan Kılıçdaroğlunun (1200 nəfərlik İdarə Heyətinin 500 üzvünün ona bağlı olduğu deyilir) mümkün müdaxiləsi böhranı dərinləşdirə biləcək amildir;
Yavaşın namizədliyi müxalif düşərgədə CHP-nin elektoratını genişləndirən DEM partiyası tərəfindən qəbul edilmir, həmçinin İmamoğlunu dəstəkləyən bu qrupların alternativ namizədi yaxın buraxmaması səsləri parçalaya bilər.
Hakimiyyətin əlini gücləndirən məqamlardan biri də “Öcalan açılımı”ndan sonra “kürd məsələsi” ətrafındakı elektoratın da parçalanacağıdır. AKP bu gedişlə həmin səslərin bir qismini ala, bir qismini müxalif düşərgədən uzaq salmaqla əks-cəbhəni zəiflədə bilər.
20 ildən artıqdır məğlub olmayan Ərdoğana “seçki ustası” deyilməsi təsadüfi deyil.
- Fidanla Rubionun görüşü öncəsi Paşinyanın zənginin səbəbi
- “Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı - VİDEO
- 13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu
- Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi
- Rusiyalı hərbi müxbir Belqorodda öldürüldü
- Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”?
- İradə İbrahimova: "Kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir"
- Ermənistan MN-dən qəribə bəyanat: Havaya açılan atəş?..