11:00
Bakı ilə sülh müqaviləsinin imzalanma yeri və vaxtı hələ müzakirə olunmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərin Ermənistan hakimiyyətinin niyə sənədin mətnini dərc etməməsi ilə bağlı sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, ictimai müzakirələr zamanı cəmiyyət artıq müqavilənin məzmunu ilə bağlı ətraflı məlumat alıb:
Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
“Mən başa düşürəm ki, sazişə ictimai maraq var. Lakin hələlik vaxt və məkanla (imzalanma üçün - red.) bağlı razılığın olmadığını nəzərə alsaq, işimizi davam etdiririk. Bu baş verəndə mətn ictimaiyyətə açıqlanacaq”.
O bildirib ki, bu, vəziyyətə diplomatik yanaşmadır.
Qriqoryan qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib. Bununla belə, onun fikrincə, hansısa “balanslaşdırılmış” variantı seçmək məntiqli olardı.
Xatırladaq ki, 13 martda Azərbaycan XİN başçısı Ceyhun Bayramov Ermənistanın sülh sazişindəki iki bəndlə bağlı Azərbaycanın təklifini qəbul etdiyini və saziş mətninin artıq razılaşdırıldığını bildirib.
- 1123-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- İmamoğlu dindirilmək üçün Ədliyyə Sarayına gətirilib
- Bağ evində İNTİHAR
- Kreml vasitəçilik inadından əl çəkmir: Xovayev yenə gəlir
- Prezident tapşırığı: bu türk ölkəsinə yardım göndərildi
- Türkiyə Ermənistan üçün “Alican”ı açdı - ABŞ alqışladı
- İranda azərbaycanlılar ayağa qalxdı - Video
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib