Dünən - martın 18-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində günorta və axşam saatlarında iki çərşənbə şənliyi mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində məlumat və videolar paylaşılıb.
Günorta saatlarında keçirilən mərasimə toplaşan kürdlər bayram şənliyini siyasi mitinqə çevirib, Azərbaycan torpaqlarına qarşı iddialar səsləndiriblər.
Öz milli geyimlərində mərasimə qoşulan çox sayda mühacir kürd “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə İraq Kürdüstanının bayraqlarını qaldırıblar.
Bundan bir neçə saat sonra isə Urmiyanın “Meşə parkı”na toplaşan Azərbaycan türkləri mühacir kürdlərin torpaq iddialarına cavab olaraq “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.
Qeyd edək ki, bundan əvvəl yerli dövlət qurumları Azərbaycan türklərinin Urmiyada çərşənbə mərasimi keçirmələrinə icazə vermədiyi halda, kürdlərin oxşar mərasim keçirmələrinə rəsmi icazə vermişdi.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?