Bir neçə gün əvvəl Ermənistan tərəfinin dəvəti ilə İrəvana səfər edən və Ermənistanın baş naziri ilə görüşən “CNNTürk”ün xəbər redaktoru İdris Arıkanın hazırladığı “Blokadada olan ölkə - Ermənistanda nə danışırlar?” reportajı erməniləri dəli edib.
BUTA.TV xəbər verir ki, İdris 26 dəqiqəlik reportajda Ermənistanın çox ağır iqtisadi vəziyyətdə olduğunu bildirib. O vurğulayıb ki, ölkə hər hansı inkişaf perspektivindən uzaqdır və yeganə xilas yolu Türkiyə ilə sərhədlərin açılmasıdır.
İdris Arıkan İrəvanda Azərbaycana məxsus olan Cümə Məscidinin fonunda hazırladığı reportajda İrəvanın türk şəhəri olduğunu bildirib.
Bu reportaj erməniləri sözün əsl mənasında dəli edib. Sosial şəbəkələrdə bununla bağlı hakimiyyət tənqid olunur.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- İcra başçısı müğənnini həbs etdirib?
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
- 11-ci siniflərin buraxılış imtahanı keçirildi
- Lənkəranda evləri talayan şəxs saxlanıldı
- Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar
- Sabahın hava proqnozu açıqlandı