Özbəkistan Prezidenti Şövkət Mirziyayev "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiqlənməsi barədə qərar imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Saziş çərçivəsində istehsal olunan "yaşıl enerji”nin Xəzər dənizi vasitəsilə ötürülməsi təşkil ediləcək, layihə isə Qara dənizi birləşdirən enerji kabeli ilə əlaqələndiriləcək. Energetika Nazirliyi beynəlxalq sazişin həyata keçirilməsinə görə məsul olan səlahiyyətli orqan təyin edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanıb.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN