Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini şərh edərkən X hesabında yazıb.
“Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!”, - Vilson bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın “Make America Great Again” (“Amerikanı yenidən əzəmətli edək” və ya qısa: MAGA) şüarı ilk dəfə 1980-ci ildə Ronald Reyqanın kampaniyasında istifadə olunub.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN