Kişinyovda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi

13:20 - 12 Mart 2025 - GÜNDƏM

 Kişinyovda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi

Moldovanın Kişinyov şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransının ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağ”ın sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycanla bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirildi. Təəssüf ki, təşkilatçılar tədbirin məqsədlərinə tam zidd olan belə çıxışa imkan yaratdılar. Mən çıxışa etiraz edərək erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb etdim.

BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, erməni qızın qərəzli çıxışı Azərbaycan nümayəndə heyətinin digər üvlərinin də narazılığı ilə qarşılanıb:

“Çıxışıma imkan yaradılmadığı üçün ayağa qalxaraq fikirlərimi bildirmək məcburiyyətində qaldım. Bildirdim ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min azərbaycanlının hüquqlarıdan danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalarla Qafqazda sülhə nail olmaq olmaz”.

Bu xəbər hal-hazırda çox oxunur
Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

Prezident yanında Beynəlxalq Münasibətlər Mərkəzinin əməkdaşı Şahmar Hacıyev, Dövlət Su Ehtiyatları Agentliyini şöbə müdiri Rafiq Verdiyev, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli və Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə də qərəzli çıxışa etirazlarını bildirdilər.

İsrarlı təkiddən sonra erməni nümayəndənin çıxışı dayandırıldı və ona çıxışını davam etdirməyə imkan verilmədi. Təşkilatçıların nümayəndəsi baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istədi.

Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa Birliyinin nümayəndələri iştirak edirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol