Azərbaycan mina çirklənməsinin fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin bəyanatında bildirilib.
Martın 10-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Azərbaycanın daimi missiyası bəyanat təqdim edib. Bəyanatda Azərbaycan hökumətinin fiziki məhdudiyyətli qadınların ictimai həyata inteqrasiyasına, o cümlədən sosial müdafiə, reabilitasiya və fiziki məhdudiyyətli şəxslərin xüsusilə kənd yerlərində, ixtisaslarının artırılması və əmək imkanlarının yaxşılaşdırılmasına yönəlmiş proqramlara xüsusi əhəmiyyət verdiyini qeyd edilib.
Azərbaycan həmçinin öz ərazisində mina çirklənməsinin yüksək səviyyəsi ilə bağlı narahatlığını ifadə edib, əhalinin böyük bir hissəsinin keçmiş işğal olunmuş ərazilərdə erməni qüvvələri tərəfindən yerləşdirilmiş minalardan əziyyət çəkdiyini vurğulayıb.
“Mina çirklənməsi və Ermənistanın dəqiq mina sahələri xəritələrini təqdim etməkdən imtina etməsi qadınlar və uşaqlar da daxil olmaqla insanların həyatını almağa və şikəst etməyə davam edir”, – iclasda oxunmuş bəyanatda deyilib.
Rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardan təmizlənməsində dəstək göstərməyə çağırıb və xüsusi məruzəçidən mina qurbanları probleminə diqqət yetirməsini xahiş edib.
Bundan başqa, Azərbaycan Qırğızıstan hökumətinə fiziki məhdudiyyətli şəxslərin hüquqları üzrə xüsusi məruzəçi ilə əməkdaşlığa görə təşəkkürünü bildirib və Qırğızıstanın fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması üçün gördüyü tədbirləri təqdir edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN