İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, enerji sektoru "Bir millət, iki dövlət" şüarının əsas hissəsini təşkil edir:
"Azərbaycan təbii qazını Avropaya çatdırmağın sevincini yaşayırıq. Bu sahədə Azərbaycanla tam əməkdaşlıq içərisindəyik. Bu gün əməkdaşlığımıza yeni bir layihəni də daxil etməkdən məmnunuq. Yeni layihə Naxçıvanla birliyimizin rəmzi olacaq. Bu xətt Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq".
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN