Rəsmi Bakıdan Volker Türkə cavab

09:06 - 4 Mart 2025 - GÜNDƏM

 Rəsmi Bakıdan Volker Türkə cavab

Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkə cavab olaraq bildirib.

“Həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”, - A.Hacızadə qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol