Müğənni Manaf Ağayev həmkarı Kəmalə Günəşlini aylıq qazancını, toy sayını, maddi imkanını açıqladığı üçün “xam” adlandırıb.
BUTA.TV xəbər verir ki, Manaf Ağayev “ATV”də yayımlanan “Rəngarəng” verilişində bu barədə danışıb.
“Dünən qarşıma xəbər çıxdı. Zaur Nəbioğlunun verilişində Kəmalə Günəşli nə qədər qazanır, hamısını dedi. Harada ev alıb, neçəyə alıb, neçə toya gedir, onu da dedi. Bütün tərcümeyi-halını... Yazıq nə etsin, aparıcı soruşur, o da deyir. O dəqiqə göründü ki, hələ təzədir, xamdır. Təzə səhnəyə gələndə biz də elə olmuşuq, qanmadan hamısını demişik. Burda ayıb bir şey yoxdur, özü üçün deyirəm. Özü özünü bəxtəvərçiliyə, gözə gətirir. Nəyə lazımdır? Desin ki, şükür Allaha, normaldır...”, - o bildirib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN