Öcalanın PKK-nı silahı yerə qoymaq çağırışı Türkiyənin terrora qarşı mübarizədə tarixi nəticələrindən biri hesab oluna bilər. Bu çağırış terrorçuların tam şəkildə silahı yerə qoyması ilə nəticələnməsə də, siyasi-ideoloji müstəvidə ciddi nəticələri olacaq.
1. PKK ideologiyasını bölüşənlər arasında parçalanmalar yaradacaq;
2. Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektorat da parçalanma perspektivi ilə üzləşəcək: bu, Qəndilə bağlı siyasi qrupları neytrallaşdıra, yaxud təsir gücünü azalda bilər;
3. PKK liderlərinin mənzilləndiyi Qəndilin Türkiyə siyasətinə təsiri böyük ölçüdə azalacaq;
4. PKK-nın Suriya və İran qanadının Türkiyəyə təsirlərini azaldacaq: parçalanmış qruplaşmaya qarşı mübarizə daha effektli ola bilər;
5. PKK-nı Türkiyə daxilində və sərhədlərində praktiki olaraq sıradan çıxaran rəsmi Ankara Qəndilin siyasi təsirlərini də aradan qaldırmaqla siyasi-ideoloji təhlükəsizliyini gücləndirəcək;
6. PKK-dan, onun ideologiyasından Türkiyəyə qarşı siyasətdə istifadə edən qüvvələrin-ölkələrin rıçaqları zəifləyəcək.
Qəndilin Öcalanın çağırışını qəbul etməyəcəyi, silahlı aktlara davam edəcəyi bəllidir. İstisna deyil ki, Qəndil və PKK-da “sərmayəsi” olan qüvvələr “müqaviməti” davam etdirmək və Öcalan planını pozmaq üçün Türkiyədə yeni terror aktlarına cəhdlər edəcək.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN