İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.
"Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm", - diplomat qeyd edib.
Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb:
“Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN