Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) qoşulması üçün texniki razılaşma imzalanıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.
Qeyd olunub ki, sənədə imzanı DGMM sponsor ölkələri - Türkiyə, Portuqaliya, Rumıniya, Yunanıstan və Azərbaycan nümayəndələri atıb:
“Bu tənzimləmə (sənəd) ilə NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək”.
NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi haqqında
NATO-nun dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış tədqiqat və təlim mərkəzlərindən biridir. Bu cür Mükəmməllik Mərkəzləri (Centres of Excellence – COE) NATO-nun müttəfiq ölkələri tərəfindən təsis edilir və hərbi, eləcə də strateji sahələrdə alyansa dəstək vermək məqsədini güdür.
Mərkəzin əsas funksiyaları:
- Dəniz təhlükəsizliyinin gücləndirilməsi – dəniz əməliyyatlarının təhlükəsizliyini artırmaq üçün strategiyalar və təlimatlar hazırlayır.
- Tədqiqat və təhlil – dənizdəki təhdidləri və riskləri araşdıraraq NATO ölkələrinə tövsiyələr verir.
-Təlim və tədris proqramları – NATO və tərəfdaş ölkələrin dəniz qüvvələri üçün təlimlər keçirir.
- Beynəlxalq əməkdaşlıq – dəniz təhlükəsizliyi ilə bağlı müttəfiq və tərəfdaş ölkələrlə birgə fəaliyyət göstərir.
Mərkəzin yerləşməsi və təşkili
NATO-nun Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi 2023-cü ilin mart ayında rəsmi olaraq Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlayıb. Mərkəz Türkiyə Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə yaradılıb və NATO-nun təsdiqlədiyi ixtisaslaşmış bir qurumdur. Bu mərkəz NATO daxilində dəniz təhlükəsizliyi sahəsində bilik və təcrübənin inkişafına xidmət edir və müasir dövrdə dənizdə artan risklərə qarşı effektiv həll yolları təklif edir.
- Zelenskini kürəyindən necə belə bıçaqlaya bilərsən?
- Mourinyo "Qalatasaray"ı məhkəməyə verdi - 1 milyon 907 min TL təzminat tələb edir
- “Barselona”nın prezidenti Bakıdadır - VİDEO
- Ağ Evdəki dava hamıya sübut etdi ki...
- Tramp Zelenskini niyə elə qarşıladı, nə istəyir? – İsti şərh
- Təcili: Zelenski Ağ Evdə Trampla mübahisə edir - Video
- Azərbaycanda at, it, pişik ətinin satışına icazə verilir - Şok
- Bakıdan 10 min erməniyə böyük jest… - XİN