Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə (DGMM/MARSEC COE) qoşulması üçün texniki razılaşma imzalanıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.
Qeyd olunub ki, sənədə imzanı DGMM sponsor ölkələri - Türkiyə, Portuqaliya, Rumıniya, Yunanıstan və Azərbaycan nümayəndələri atıb:
“Bu tənzimləmə (sənəd) ilə NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək”.
NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi haqqında
NATO-nun dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış tədqiqat və təlim mərkəzlərindən biridir. Bu cür Mükəmməllik Mərkəzləri (Centres of Excellence – COE) NATO-nun müttəfiq ölkələri tərəfindən təsis edilir və hərbi, eləcə də strateji sahələrdə alyansa dəstək vermək məqsədini güdür.
Mərkəzin əsas funksiyaları:
- Dəniz təhlükəsizliyinin gücləndirilməsi – dəniz əməliyyatlarının təhlükəsizliyini artırmaq üçün strategiyalar və təlimatlar hazırlayır.
- Tədqiqat və təhlil – dənizdəki təhdidləri və riskləri araşdıraraq NATO ölkələrinə tövsiyələr verir.
-Təlim və tədris proqramları – NATO və tərəfdaş ölkələrin dəniz qüvvələri üçün təlimlər keçirir.
- Beynəlxalq əməkdaşlıq – dəniz təhlükəsizliyi ilə bağlı müttəfiq və tərəfdaş ölkələrlə birgə fəaliyyət göstərir.
Mərkəzin yerləşməsi və təşkili
NATO-nun Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi 2023-cü ilin mart ayında rəsmi olaraq Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlayıb. Mərkəz Türkiyə Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə yaradılıb və NATO-nun təsdiqlədiyi ixtisaslaşmış bir qurumdur. Bu mərkəz NATO daxilində dəniz təhlükəsizliyi sahəsində bilik və təcrübənin inkişafına xidmət edir və müasir dövrdə dənizdə artan risklərə qarşı effektiv həll yolları təklif edir.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq