Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ildə bir və ya iki dəfə qış yuxusundan ayılaraq mətbuat konfransı keçirir və Baş nazir Nikol Paşinyanın mövqelərinə zərbə vurmaq məqsədilə onun siyasətini tənqid edir. O, bu zaman Paşinyanın zəif bəndlərini müəyyənləşdirməyə çalışır. Köçəryanın mətbuat konfransında söylədikləri Nikol Paşinyanı narahat etmir. Çünki Köçəryanın erməni cəmiyyətində nüfuzu yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Köçəryanın və “silahdaşı” Serj Sərkisyanın olan-qalan reytinqini aşağı salıb:
“Paşinyanın səsləndirmədiyi, eyni zamanda ermənilərin beynində dolaşdığı arqument təxminən belədir: “Belə güclü siyasətçi olduğunuzu iddia edirsinizsə, erməniləri Azərbaycana qarşı üsyana sövq etdiyiniz və siyasi karyeranıza başladığınız Qarabağı qoruyardınız”. Köçəryan və Sərkisyan kimilər on minlərlə insanın ölümünə rəvac verdilər, cinayətlər törətdilər, məqsədləri Qarabağı Ermənistana birləşdirmək idi, tam tərsi baş verdi, arada iki müharibə oldu və nəticə Azərbaycanın xeyrinədir. Köçəryan son mətbuat konfransında etiraf edib ki, bundan sonra ermənilərin Qarabağa qayıdışı çətindir”.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq