Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Komitədən BUTA.TV-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
- Dəmir yollar Kürdəmirə aparır!
- MAXE olmaq istəyənlərin nəzərinə!
- Mühüm yenilik: Almaniya ilə Azərbaycan arasında sənədlər...
- Ali Məhkəmədən alqı-satqı müqaviləsi ilə bağlı – Xəbərdarlıq
- Polis bu qadını axtarır - Foto
- Sabah hava necə olacaq?
- İlk rübdə 30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
- Qarabağda yeni hərbi infrastruktur obyektləri yaradılır