Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə şəhər meri Andrey Sadovıy məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində bir neçə yaşayış evi yanıb. Şəhərin bir sıra küçələrindəki evlərə də ziyan dəyib.
Sadovıy bildirib ki, raket zərbələri nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb.
Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhəri də raket zərbələrinə məruz qalıb. Krivoy Roqun müdafiə şurasının rəhbəri Aleksandr Vikul bildirib ki, şəhərin mərkəzindəki mülki infrastrukturlar dağılıb. Zərbə dalğası nəticəsində 10-dan çox çoxmərtəbəli yaşayış binası ziyan çəkib.
Onun sözlərinə raket zərbələri nəticəsində 5 nəfər xəsarət alıb.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı