Gədəbəydə yük maşını 51 yaşlı kişinin üstündən keçib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə Gərgər kəndində otlaq sahədə baş verib. Belə ki, 1973-cü il təvəllüdlü Elman Əli oğlu Musayev biçənək sahəsindəki ot preslərini yük avtomobilinə yükləyərkən istirahət etmək üçün həmin avtomobilin arxa təkərlərinin yanında yerə uzanıb.
Bu zaman sürücü avtomobili arxaya doğru hərəkət etdirərkən E.Musayevin üzərindən keçməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı