Amerika administrasiyası İzmirdə “USS Wasp” gəmisinin hərbçilərinə hücumundan narahatdır.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Şübhəsiz ki, gördüyümüz hücumdan narahatıq və onların indi təhlükəsiz olduğunu və “USS Wasp”ə qayıtdıqlarını eşitməyə şadıq.
Biz Türkiyə polisinə tədbir gördüyünə görə minnətdarıq. Bu, ciddi məsələdir və biz bu işdə əli olanların məsuliyyətə cəlb edilməsini tələb edirik", - deyə Ağ Ev sözçüsü bildirib.
Qeyd edək ki, İzmirdə bir qrup türkiyəli gənc ABŞ əsgərinin başına torba keçirib. Hadisədə iştirak edən gənclərdən 10-u həbs edilib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı