Masallı rayonundan Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşərək xəsarət alıb.
BUTA.TV Bakuplus.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib.
Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb:
"Bakıya gəzməyə gəlmişdim, dedim mərkəzə çıxım. Dostumla gedərkən, birdə sanki yer yarılıb, altına düşdüm. Mənim yerimdə qadın uşaq və ya qoca ola bilərdi. Qolum, ayağım, bel və qarın hissəm sıyrılıb".
Qeyd edək ki, zərərçəkənə ilkin tibbi yardım göstərilib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı