Xəbər verdiyimiz kimi, "Naxçıvan" Universiteti məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv edildiyini elan edib.
BUTA.TV xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a Naxçıvan Universitetinin tələbələrinin köçürülməsi prosesinin 2024-cü ilin fevral ayından başlandığı bildirilib.
“Artıq bütün tələbələrin köçürülməsi yekunlaşıb. Universitetdə təhsil alanların əksəriyyəti Naxçıvan Dövlət Universitetinə, digərləri isə başqa ali təhsilm müəssisələrinə köçürülüblər. Prosesin bu vaxta qədər davam etməsinin səbəbi isə sonuncu kurs tələbələri ilə bağlıdır. Belə ki, müəssisənin bağlanması üçün onlar təhsillərini başa vurmalı idilər”, - məlumatda qeyd olunub.
Qurum rəsmisi sonda qeyd edib ki, Naxçıvan Universiteti özəl ali təhsil müəssisəsi olsa da, tələbələri dövlət ali təhsil müəssisələrinə köçürülüblər.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı