Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ölkə hökumətini İsrailə bir sıra silahların tədarükü üçün lisenziyaları dayandırmaq qərarına görə tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.
Conson qeyd edib ki, London HƏMAS-la münaqişədə İsraili tək qoyur:
“İsrail 7 oktyabr 2023-cü il hadisələrinin təkrarlanmasının qarşısını almağa çalışır, HƏMAS isə girovları saxlamağa davam edir. Britaniya hakimiyyəti niyə yəhudi dövlətini tərk etdi? Onlar HƏMAS-ın qalib gəlməsini istəyirlər?”
Xatırladaq ki, Britaniya hakimiyyəti bəzi silahların beynəlxalq hüquq normalarını pozaraq istifadə oluna biləcəyindən narahat olduğu üçün İsrailə ixracını dayandırmaq qərarına gəlib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı