MDB ölkələrinin liderləri Kazanda keçiriləcək BRİKS sammitinə dəvət olunub.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Doqquz üzv ölkədən başqa MDB ölkələrinin rəhbərləri də dəvət olunub. Bu, təbiidir. Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu regional inteqrasiya birliklərinə rəhbərlik edən dövlət başçılarına da dəvətlər göndərilib. Təbii ki, təşkilata üzvlük və ya BRİKS-də bu və ya digər formada əməkdaşlıq üçün müraciət edən bir çox ölkələrin liderləri də dəvət olunub”, - Uşakov bildirib.
Qeyd edək ki, BRİKS-in növbəti sammiti 22-24 oktyabr tarixlərində Kazan şəhərində keçiriləcək.
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN