Naxçıvan Universiteti MMC ləğv olunduğunu elan edib.
BUTA.TV Yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, Naxçıvan Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan universitetin qanuni təmsilçisi Anar Altay oğlu Kazımovdur.
Məlumat üçün onu da bildirək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN