Bu gün Xırdalanda axşam saatlarında intihara cəhd hadisəsi olub.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyinzadə küçəsində eyvana çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-cı il təvəllüdlü Eldəniz Babazadə onsəkkizmərtəbəli binanın 18-ci mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.
Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində E.Babazadə intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək