Azərbaycan sülh sazişi ilə bağlı yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını 24 iyun tarixində Ermənistana təqdim etmişdi, rəsmi İrəvan 70 gün sonra öz versiyasını geri qaytarıb.
C. Bayramov qeyd edib ki, təkliflət paketindəki bütün maddələr çox taleyüklü məsələlər idi:
“Biz Ermənistan tərəfinin bizə cavab olaraq göndərdiyinə baxanda gördük ki, əvvəl tərəflərin razılığa gəlmədiyi məqamlar sadəcə olaraq mətndən çıxarılıb. Ermənistanın düşüncəsinə görə bu yolla məsələni həlli etmək olar. Onlar önəmli məqamlara yer ayırmaq istəməyiblər”, - o qeyd edib.
Nazir bəyan edib ki, Ermənistan tərəfi bunlara daha ciddi yanaşmalıdır.
- Polşa səfiri XİN-ə çağırıldı
- Dudadan Bakını qəzəbləndirəcək açıqlama
- Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilər - Foto
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi