Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, 125 seçki dairəsi üzrə mübarizə aparan namizədlərdən indiki və keçmiş icra başçısı da bütün rəqiblərini üstələyir.
Belə ki, 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərov 80 faiz səslə öndədir. O, 2006-2009-cu illərdə Zaqatala rayonun, 2009-2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinin, 2015-ci ildən indiyə kimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.
Namizədliyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov isə 59.9 faiz səslə irəlidədir. O uzun müddət Oğuz rayonuna rəhbərlik edib. 2011-ci ildən 2024-cü ilin iyul ayına qədər Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək