“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell Telekom MMC bu istiqamətdə daha bir yeniliyə imza atır. 02.09.2024 tarixindən etibarən Azercell ofislərində rəqəmsal şəxsiyyət vəsiqəsini təqdim edən abunəçilər tam xidmət spektrindən yararlana biləcəklər.
BUTA.TV xəbər verir ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlıq əsasında həyata keçirilir.
Belə ki, “mygov” tətbiqi vasitəsilə şəxsiyyəti təsdiq edən məlumatları göstərən müştərilər Azercell Eksklüziv ofislərində istənilən əməliyyatı həyata keçirmək imkanı əldə edirlər. Bununla da müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell abunəçilərinə daha operativ və rahat şəkildə xidmət göstərilməsini, eləcə də məlumat təhlükəsizliyini təmin edir. Bu yenilik tez bir zamanda Azercell-in bütün diler mağazalarında da əlçatan olacaq.
Qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2024-cü il 16 iyul tarixli Fərmana əsasən icra edilir.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək