Bu gün Azərbaycanın bütün suveren ərazisində keçirilən parlament seçkisi dağılan dünya nizamı şəraitində ölkənin siyasi sabitliyini təsdiqləyir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu rusiyalı müşahidəçi, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
"Bu, Azərbaycanın bütün suveren torpaqlarında keçirilən ilk parlament seçkisidir ki, bu da dağılmaqda olan dünya nizamında ölkədəki siyasi sabitliyi təsdiq edir. Məhz siyasi sistemin sabitliyi Azərbaycanın inamlı inkişafının əsasını təşkil edir", - o bildirib.
İ.Korotçenko qeyd edib ki, seçkinin nəticələri Qərb dövlətlərinə Azərbaycanın yüksək demokratik standartlarını nümayiş etdirəcək.
"Qərbin, xüsusən də Azərbaycanı çox qızğın şəkildə tənqid edən Fransa kimi ölkələrin Azərbaycanın seçki sistemindən öyrənməli olduğu çox şey var. Fransanın müasir siyasi sistemi totalitardır və neokolonial siyasətə sadiqdir, müasir Azərbaycan isə Qərbə ədalət standartlarını nümayiş etdirir", - o qeyd edib.
Ekspert vurğulayıb ki, Azərbaycan bundan sonra da dost ölkələr, o cümlədən Rusiya Federasiyası ilə birlikdə inamla irəliləyəcək.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı