Məntəqələrdə müxtəlif partiyaların nümayəndələri iştirak edirdi. Bu isə şəffaflığın göstəricisidir.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə Beynəlxalq Parlament Təşkilatının Baş katibi (İPC) Sitara Ayaz deyib.
O vurğulayıb ki, Azərbaycanda seçkilər hər hansı təzyiq və məcburiyyət olmadan həyata keçirilib.
Onun sözlərinə görə missiya günün sonunda bir seçki məntəqəsinə də baş çəkərək, səslərin sayılması prosesini də müşahidə edib:
"2024-cü il sentyabrın 1-də Azərbaycanda növbədənkənar Parlament Seçkilərini müşahidə etdik. Seçki prosesini belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökuməti və xalqını təbrik etmək istərdim. Seçki prosesi boyu nümayiş etdirilən aşkarlıq və şəffaflıqdan məmnun qaldıq. Deyə bilərəm ki, bu seçki prosesi şəffaf şəkildə həyata keçirilib. Saat 10:00-dan müşahidə missiyamıza başladıq və 10-a yaxın seçki məntəqəsində olduq. Bakı sakinlərinin öz seçki hüququndan həvəslə istifadə etdiyinin şahidi olduq. Seçkilər təzyiq və məcburiyyət olmadan keçdi. Seçki məntəqələrindəki heyət yaxşı hazırlanmışdı. Günün sonunda başqa bir seçki məntəqəsinə də baş çəkərək, səslərin sayılması prosesini müşahidə etdik. Diqqət çəkən məqam o idi ki, orada müxtəlif partiyalarının nümayəndələri də vardı".
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı