Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da sıx məskunlaşma olan şəhərlədə mövcud nəqliyyat sıxlığının qarşısının alınması üçün iş saatlarında dəyişikliklərin edilməsi ilə bağlı müxtəlif yanaşmalar var. Amma ölkəmizdə iş saatlarının dəyişdirilməsi ilə bütövlükdə qarşıya çıxan problemləri həll etmək mümkün deyil. Bu, daha çox regionlarda iş yerlərinin olmaması ilə bağlıdır. Məhz buna görə, insanlar regionlardan Bakıya axın edir. Bu da nəticədə şəhərdə nəqliyyat sıxlığına və digər amillərə gətirib çıxarır.
BUTA.TV xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin VI çağırış deputatı olmuş, iqtisadçı-alim Əli Məsimli deyib.
O qeyd edib ki, tıxacı aradan qaldırmağın beynəlxalq praktikada əksini tapmış qaydaları var: “İlk növbədə iş saatlarının dəyişdirilməsi qrafiki tətbiq edilir. Mərkəzi icra hakimiyyətlərinin paytaxdan kənarda yerləşməsi, ali məktəblərin regionlara köçürülməsi kimi ümumi konsepsiyalar da mövcuddur. Yollardakı nəqliyyat sıxlığı vaxtında həll olunmadığına görə, bunu bir amilin köməyi ilə həll etmək mümkün olmayacaq”.
İqtisadçı-alim hesab edir ki, bu problemin həlli üçün bir neçə amil mövcuddur: “İş saatlarının sürüşdürülməsi, tıxacın aradan qaldırılması ilə bağlı beynəlxalq praktikanın tətbiqi, həmçinin regionlarda layiqli iş yerlərinin açılması kimi mühüm addımlar atılmalıdır. Hazırda Bakıda orta aylıq əməkhaqqı 1270 manat civarındadır. Orta aylıq əməkhaqqı isə ölkəmizdə 1000 manat təşkil edir. Misal üçün Şəki-Zaqatala zonasında orta aylıq əməkhaqqı 500 manatın üzərindədir. Beləliklə, bu regionda yaşayan bir ailə başçısı 400-450 manat maaş aldıqda o, dolana bilməyəcək. Bununla da həmin adam şəhərə, yəni Bakıya daha yüksək əməkhaqqına iş axtarmağa gələcək. İlkin variantda onun 1270 manatlıq iş tapa bilməsi çətin olacaq. 800-i1000 manatlıq maaş ətrafında bir iş tapacaq. Bəxti gətirib 1270 manatlıq iş tapmış olsa belə 4 nəfərlik ailənin Bakıda minimum tələbatını qarşılamaq yenə çətinliklər yaradacaq”.
Əli Məsimli bildirib ki, Azərbaycanda yaşayış minimumu 270 manatdır: “İşləyənlər üçün isə bu rəqəm 280 manatdan yüksəkdir. Uşaqlar üçün isə 240 manatdan azdır. Beləliklə, 4 nəfərlik bir ailənin Bakıda yaşaması üçün aylıq 1000 manatdan artıq pul lazımdır. Sentyabrda dərslər başladıqdan sonra Bakıda yüksələn kirayə haqqları fonunda bu rəqəm daha da yüksələcək. 400-500 manatlıq orta aylıq kirayə haqqı ilə 4 nəfərlik ailənin minimum dolanışığı üçün 1500 manata qədər vəsait lazım olacaq. Ailə başçısı 1000 manatlıq məvaciblə belə ayı 500 manat kəsirlə keçirərək çətinliklə üzləşəcək. Hətta o, 1270 manatlıq işdə çalışsa belə gəliri minimum tələbatı ödəmək üçün yetərli deyil”.
Millət vəkilinə görə, regionlarda Bakıda olan 1270 manatlıq əməkhaqqının yarısından bir qədər yüksək, təxminan 700-800 manatlıq iş yerləri açılsa heç kəs ev-eşiyini qoyub şəhərə gəlməz: “Rayonlarda layiqli iş yerləri açılmalıdır. Bununla bölgədə yaşayan insanlar alacağı əməkhaqqı hesabına ailələrinin dolanışığını təmin etməlidir”.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı