Sərnişinlərdən Bakı aeroportunda 1000 manat pul istədilər - VİDEO

11:03 - 30 Avqust 2024 - HADİSƏ

 Sərnişinlərdən Bakı aeroportunda 1000 manat pul istədilər - VİDEO

Sosial şəbəkələrədə yayılan görüntülərdə hava limanı əməkdaşları sərnişindən fantastik qiymətlə baqaj ödənişi tələb edirlər.

BUTA.TV  məlumat verir ki, 26.08.2024-cü il tarixində Bakı hava limanında (Bakı- Moskva reysində) sərnişinin  2 çanta 62 kq olan  baqajı üçün  986 manat ödəniş tələb ediblər.  Həmçinin əl yükü 5 kq artıq olmasını bəhanə edib təkrarən  ödəniş tələb ediblər.  Heçdə ucuz olmayan aldığımız biletdə əl yükü 10 kq göstərildikdə çıxılmaz vəziyyətə düşdülər.  Daha sonra 62 kq əlavə baqaja görə  bizdən 586 manat pul aldılar. Bu rəsmən soyğunculuqdur. “AZAL”dan  imtina edirəm daha “AZAL” ın biletini almayacağam deyə sərnişin bildirib.

Qeyd edək ki, video çəkilişdən öncə 2 baqaja görə 1000 manat ödəniş tələb olunurdu.

 Məlumatı 24saat.az sosial hesabında yayıb


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol