Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar içşi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasının təminatçısıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağa qayıdış istiqamətində yerli sakinlərin işlə təmin olunmasına da töhfə verib. İdarənin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb.
Xankəndidə 2 Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 Nömrəli Kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 Nömrəli Kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur.
Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyatə keçirilir.
Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.
Xankəndi əhalisinin su təminatı sakinlərin rifahının yaxşılaşdırılmasına göstərilən yüksək xidmətin əsas tərkib hissəsidir.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi